Zəlzələ ilə bağlı rəsmi açıqlama: “Hiss olunan və olunmayan afterşoklar ola bilər”backend

Zəlzələ ilə bağlı rəsmi açıqlama: “Hiss olunan və olunmayan afterşoklar ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir.
Editor.az bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: “Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər”.
Qurumun sözçüsü qeyd edib ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: “Əraziyə baxış keçirilir”.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.