Yol polisindən baş verən qəza ilə bağlı – Açıqlamabackend

Yol polisindən baş verən qəza ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində avtobus qəzası baş verib.
Qəza ilə bağlı BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev Editor.az-a məlumat verib ki, 551 saylı marşrut xətti üzrə hərəkətdə olan “Saz NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxmış və yol kənarında dayanmış “DAF” markalı yük avtomobilinə dəyib.
Polis polkovnik-leytenantı onu da qeyd edib ki Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.