Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdirbackend

Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Bunu Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.

Mənbə onu da qeyd edib ki, bu cür açıqlamalarla Fransa tərəfi özünün demokratiyaya sadiqliyini nümayiş etdirmək istəyir:

“Əsassız iddiaları inkarolunmaz fakt kimi qəbul etməklə Paris demokratik dəyərlərə zidd olan ikili standartlara sadiqliyini göstərir”.

//Trend