backend

Gömrükdə 10 milyardlıq müəmma: Komitə prezidenti aldadır? – İttihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə prezidenti aldadır?Prezident Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparıldığını vurğulayıb
Prezidentin son fərmanları həqiqətən də gömrük sistemindəki bürokratik maneələrə ciddi şəkildə zərbə vurub.
Ölkə başçısı bildirib ki, ticarət dövriyyəsinin azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb.
Ekspertlərin fikrincə, ticarət dövriyyəsi azalarkən gömrük yığımları artıbsa – ya rüsumlar artırılıb, ya da əvvəl yığılan pul cibə gedirdi, indi rüsum kimi büdcəyə daxil olur.
İqtisadçı Natiq Cəfərli yazıb ki, əgər rüsumlar artıbsa, bu yaxşı hal deyil, ticarət zəifləyəndə, alıcılıq qabiliyyəti düşəndə, əksinə rüsum və vergilər azaldılmalıdır ki, iqtisadi canlanma olsun.
Onun sözlərinə görə, əgər rüşvət rəsmiləşibsə, bu da islahat deyil, təbii haldır, zatən rüşvət olmamalı, rüsum rəsmi ödənilməlidir:
“Hansı islahat növü var ki, ticarət dövriyyəsinin azalmasına baxmayaraq büdcəyə ödənilən rüsumların artmasına kömək edir?! Bizim hökumət belə formul tapıbsa, iqtisadiyyat üzrə Nobel mükafatı ala bilər”.
Dövlət Gömrük Komitəsində brokerlər, monopolistlər, inhisarçılar hələ də qalmaqdadır.
Prezident buna qarşı mübarizə aparsa da, bəzi məmurlar gizli şəkildə özbaşına əməllərini davam etdirirlər. DGK rəhbərliyinin ölkə rəhbərini aldatdığı, yalanlar danışdığı məlum olur.
Məlumat üçün deyək ki, gömrükdə sahibkarlara məhz Broker təşkilatları vasitəsilə qan uddurulur.
Bundan başqa dövlət gömrük komitəsinin sədri Aydın Əliyev bildirmişdi ki, xaricdən ölkəyə mal gətirənlər Broker təşkilatlarına deyil, birbaşa gömrük orqanlarına müraciət etsinlər.
Məlumatlarda bildirilir ki, bütün bunlar səbəbsiz deyil. Indiyə qədər gömrük sahəsində baş verən qanunsuzluqları ört-basdır etmək üçün “Broker” təşkilatlarını qurban verirlər.
Azərbaycana idxal edilən hər bir malın öz meneceri – yəni brokeri olur. Gətirilən mal da elə onun adına rəsmiləşdirilir və bu mala görə rüşvət də ona çatdırılır. İqtisadçı Qubad İbadoğlu demişdi ki, bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir.
Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilərlər.
İqtisadi Tədqiqatlar Mərkəzi son 7 ildə ölkəyə idxal olunan mallarla bağlı tərəfdaş dövlətlərin statistikası ilə Azərbaycan statistikasının məlumatlarını müqayisə edib.
Mərkəzin iddiasına görə məlum olub ki, təqribən 10 milyard manatlıq mal gömrükdə qeydiyyatdan gizlədilib.
//Ulus.Az