2019-cı ilin ilk reytinq cədvəli açıqlandı – Millimiz neçəncidir?

15:38 | 7 Fevral, 2019
FİFA milli komandaların 2019-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Editor.az qol.az-a istinadən xəbər verir ki, dekabrla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 107-ci yerdədir.
Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.