Azərbaycanda yol qəzaları bir ildə 722 insanın həyatına son qoyubbackend

Azərbaycanda yol qəzaları bir ildə 722 insanın həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Onlardan 722-si həlak olub, 1711-i isə yaralanıb. Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 90,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 49 hadisə baş verib, nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

//Trend