Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası başlayıbbackend

Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.

Aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

//report