backend

Hansı jurnalistlər ev almalıdır? – Azər Həsrət danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar bəzi mətbuat orqanlarında “hansı jurnalistlərin ev almağa mənəvi haqqı var” şəklində sorğular keçirilir. Hesab edirəm ki, bu cür sorğular əsasında hazırlanan siyahılar reallığı əks etdirmir”.
Bu sözləri Editor.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
Onun sözlərinə görə, subyektiv mülahizələr əsasında konkret rəyə gəlmək doğru deyil:
“Son dövrlər bəzi mətbuat orqanları, müxtəlif şəxslər bu səpkidə araşdırmalar aparırlar. Əslində burada təəccüblü bir şey yoxdur. Lakin “Kimlər ev almalıdır” səpkili siyahılar hazırlamaq düzgün və obyektiv yanaşma deyil. Elmi əsaslara söykənməyən, subyektiv yanaşmayla tərtib edilən istənilən siyahı qüsurludur. O cümlədən adı keçən siyahılar da”.
// Editor.az