Mirça Luçesku istefaya göndərilibbackend

Mirça Luçesku istefaya göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2017-ci ilin yayından futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi olan Mirça Luçesku istefaya göndərilib.
Editor.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və rumıniyalı mütəxəssis qarşılıqlı razılaşma ilə müqaviləyə xitam veriblər.
Tərəflər arasında əldə olunan razılaşmaya görə, 74 yaşlı Luçesku TFF-dən 4 aylıq maaşını alacaq.
Qeyd edək ki, Mirça Luçeskunu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir. Bununla əlaqədar artıq TFF prezidenti mütəxəssislə görüşüb.