Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az report-a istinadən xəbər verir ki, hadisə zamanı 4 avtomobil toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.
Yaralılar “təcili yardım” maşınları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.