Bakıda keçmiş məhkumdan iyrənc hərəkət: azyaşlı qızı bıçaqla hədələyərək qızıl sırğalarını aldıbackend

Bakıda keçmiş məhkumdan iyrənc hərəkət: azyaşlı qızı bıçaqla hədələyərək qızıl sırğalarını aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.