Azərbaycanlılarla afrikalılar arasında kütləvi dava – Yaralılar varbackend

Azərbaycanlılarla afrikalılar arasında kütləvi dava – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Frankfurt-Mayn şəhərində azərbaycanlılar ilə kamerunlular (afrikalılar) arasında kütləvi dava olub, iki azərbaycanlı xəsarət alıb.

Editor.az report-a istinadən xəbər verir ki, kütləvi davaya şəhərin mərkəzi dəmir yolu vağzalındakı kafelərin birində tərəflər arasında yaranan mübahisə səbəb olub.

Yer üstündə yaranan anlaşılmazlıq və kamerunlunun təhqiri mübahisəyə daha sonra isə əlbəyaxa davaya çevrilib.

Təxminən, 10 nəfərə yaxın kamerunlunun və 5 nəfər azərbaycanlının arasında baş verən davada Cəbiyev Ruslan və Kərimov Tahir adlı azərbaycanlı baş və qol nahiyələrindən xəsarət alıblar. Hər iki tərəf polis tərəfindən saxlanılaraq cərimələniblər.