Eldar Əzizov “Passage-145”-ə gedib, oranı bağlatdırdı – FOTOLAR

11:35 | 14 Fevral, 2019
Bakının ən hərəkətli küçələrindən biri olan “Tarqovı”da  fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.
Editor.az Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.
Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı  tapşırıq verib, səkinin zəbt olunduğu yerdə  restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.
Bakı Şəhər  İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib.