Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxsdən YENİ XƏBƏRbackend

Şəmkirdə arvadı və qayınanasını öldürməyə cəhd edən şəxsdən YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkirdə həyat yoldaşı və qayınanasına xəsarət yetirən şəxs barədə cinayət işi başlanılıb.
Editor.az xəbər verir ki, Şəmkir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevraln 14-də rayonun Kür qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib.
Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.