Səudiyyə Ərəbistanı kralı mülki işlər üzrə həbs olunan şəxsləri azadlığa buraxıbbackend

Səudiyyə Ərəbistanı kralı mülki işlər üzrə həbs olunan şəxsləri azadlığa buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Ər-Riyadın inkişafı üçün bir sıra yeni layihələrə start verilməsi münasibətilə şəhərdə bütün borcunu ödəyə bilməyən və mülki işlər üzrə həbs edilmiş insanların azadlığa buraxılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, ödənilməli borcun məbləği 1 milyon Səudiyyə rialından artıq olmamalı və borclu şəxsin borcu ödəmək imkanı olmaması rəsmən təsdiqlənməlidir.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı kralı paytaxt Ər-Riyadın inkişafı üçün 82 milyard rial (təxminən 22 milyard dollar) dəyərində 1281 layihəyə start verib.

//AZƏRTAC