Çürüksüz dişlər üçün 10 qayda – Vacib məsləhətlərbackend

Çürüksüz dişlər üçün 10 qayda – Vacib məsləhətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dişlərin sağlamlığı orqanizm üçün çox faydalıdır. Buna görə onların qayğısına qalmaq çürüməsinin qarşısını almaq lazımdır.

1. Dişlərinizi səhər yeməyindən sonra fırçalayın

Bir çoxları səhər yuxudan durduqda ağızlarında pis iy hiss etdikləri üçün dərhal dişlərini fırçalayır. Səhər oyanarkən ağızdan pis qoxu gəlməsinin səbəbi gecə tüpürcək ifrazının azalmasıdır. Yuxudan oyandıqdan bir müddət sonra tüpürcək ifrazı sürətləndiyi üçün bu hal aradan qalxacaq. Buna görə də yaxşı olardı ki, dişlərinizi səhər yeməyi yedikdən sonra fırçalayasınız.

2. Nahar arası yapışqan tərkibli qidalardan istifadə etməyin

Şəkər dişlərin çürümüəsinin əsas səbəblərindəndir. Dişlərin arasında yığılan və təmizlənməyən şəkər qalıqları dişlərin sürətlə sürüməsinə səbəb olur.

3. Axşam dişlərinizi fırçaladıqdan sonra yemək yeməyin

Yatmazdan əvvəl və yuxudan oyanılaraq yeyilən yeməklər çürümə prosesini 3 dəfə artırır. Səbəbi yuxu zamanı çürümə bakteriyalarının normadan daha aktiv olmalarıdır. Buna görə də yazmaqdan əvvəl dişlər fırçalanmalı və yemək yeyilməməlidir.

4. Diş ipindən istifadə edin

Diş fırçasının çatmadığı, dişlərin arası və iş səthləri diş çürüklərinin ən çox əmələ gəldiyi hissələrdir. Buna görə də hər dəfə dişlər fırşalandıqdan sonra mütləq diş ipindən istifadə edin.

5.Tərkibində alkoqol olmayan ağız yaxalayıcılarından istifadə edin

Gündə bir dəfə tətbiq edilən ağız yaxalayıcıları çürümənin qarşısını almaq üçün son dərəcə əhəmiyyətlidir.
6. Diş fırçanızı 3-4 ayda bir dəyişdirin

Əgər diş fırçanız formasını itiribsə o zaman onu mütləq dəyişdirin. Bu cür fırça sizin düşlərinizi yaxşı təmizləməyəcək.

7. Dişlərinizi düzgün fırçalamağı öyrənin

Dişlər yalnız düzgün fırşalandığında sağlam qalır. Mütəmadi olaraq təmizlənməsinə baxmayaraq, dişlər çürüyürsə demək ki, siz dişləri düzgün fırçalamırsınız. Bu barədə diş həkimi ilə danışın.

8. Diş fırçası su İlə isladılmadan istifadə edilməlidir

Fırça su ilə isladıldıqda diş məcununun tərkibində olan ftor səviyyəsi azalır. ftor diş çürüklərini azaldır və qarşısını alır. Buna görə də istifadədən əvvəl fırçanı islatmağınız məsləhət deyil.

9. Tərkibində ftor olan diş məcunlarından istifadə edin

10. 6 ayda bir diş həkiminə gedin

Mütəmadi olaraq, həkimə müayinə olunmaq dişlərin çürümüsənin qarşısını vaxtında almağa kömək edəcək.

//medicina.az