POLİS RƏİSİNİN OBYEKTİNDƏ QANUNSUZ YOL NİŞANI – Fotobackend

POLİS RƏİSİNİN OBYEKTİNDƏ QANUNSUZ YOL NİŞANI – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılması ilə bağlı tədbir görülüb.

Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi qanunsuz parkinq nişanı quraşdırdığı üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb. Obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.

Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.

//Publika.az