“Sizə bəzi rəqəmləri demək istəyirəm” – Nazir vergidən gizlədilən milyardlardan danışdıbackend

“Sizə bəzi rəqəmləri demək istəyirəm” – Nazir vergidən gizlədilən milyardlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mln manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”, – nazir bildirib.
M.Cabbarov məlumat verib ki, 2018-ci ildə hər 1000 vergi ödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb.  Buyoxlamalar 0,4 faiz göstərici deməkdir.
“Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik”-nazir deyib.
M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.
///fed.az