Bakı Avrasiya Universitetində Qurban Səidin xatirəsi anıldıbackend

Bakı Avrasiya Universitetində Qurban Səidin xatirəsi anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Aygül Niftiyevanın rəhbəri olduğu “Ədiblərin xatirə məclisi” layihəsinin açılışı olub.
Editor.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir görkəmli ədib Qurban Səidin xatirəsinə həsr olunub. Tədbirdə universitetin 50-dən artıq tələbəsi iştirak edib.
Böyük ədibin həyat və fəaliyyətindən bəhs olunan slaydın nümayiş olunduğu tədbirdə fоlklоrşünas alim, tənqidçi, publisist, fiilologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və Sosial Media Mərkəzinin direktoru, tanınmış jurnalist Azər Niftiyev Qurban Səidin ədəbi fəaliyyəti ilə bağlı geniş nitq söyləyiblər.
Tədbirdə iştirak edən tələbələrə layihə ilə bağlı çap məhsulları və sertifakatlar təqdim olunub. Rəsmi hissədən sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.