“Müsbət nəticələr əldə ediləcək…” – Aİ və Azərbaycan arasında aviasiya sazişibackend

“Müsbət nəticələr əldə ediləcək…” – Aİ və Azərbaycan arasında aviasiya sazişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay keçiriləcək görüşdə hava nəqliyyatı sahəsində Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıq məsələsinin müzakirəsi gözlənilir.

Bu barədə Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib.

H.Hololeyin sözlərinə görə, bu gün aviasiya sazişinin imzalanması üçün hazırlıq çərçivəsində hansı irəliləyişlərin olduğu bilinəcək:

“Bu mövzuda qeyri-rəsmi müzakirələr davam edir. Əldə olunmuş razılığa əsasən tərəflər danışıqların növbəti mərhələsi barədə qərar qəbul edəcəklər. Bu barədə spekulyasiya etmək istəmirəm, amma hesab edirəm ki, növbəti görüş gələn ay keçiriləcək. Ümid edək ki, bu istiqamətdə müsbət nəticələr əldə ediləcək”.

//Trend