backend

Ucarda uşaq çayda boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenicə kəndində baş verib.
Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub.
Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.