Tələbələr Mircəlal Paşayevin xatirəsini andılarbackend

Tələbələr Mircəlal Paşayevin xatirəsini andılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Avrasiya Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Aygül Niftiyevanın rəhbəri olduğu “Ədiblərin xatirə məclisi” layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
Editor.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir görkəmli ədib, professor Mircəlal Paşayevin xatirəsinə həsr olunub. Tədbirdə universitetin 70-dən artıq tələbəsi iştirak edib.
Böyük ədibin həyat və fəaliyyətindən bəhs olunan slaydın nümayiş olunduğu tədbirdə mircəlalşünas alim, fiilologiya elmləri doktoru, professor Həcər Hüseynova və Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev Mircəlal Paşayevin ədəbi fəaliyyəti ilə bağlı geniş mühazirə söyləyiblər.
Tədbirdə iştirak edən tələbələrə layihə ilə bağlı çap məhsulları və sertifakatlar təqdim olunub. Rəsmi hissədən sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.