“AFB” bank neçəyə satıldı? – Qiymət açıqlandıbackend

“AFB” bank neçəyə satıldı? – Qiymət açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus “Gilan” MMC “AFB Bank” ASC-nin səhmlərinin 99,64 faizini Hikmət Abuzər oğlu İsmayılova satıb. 
Editor.az xəbər verir ki, artıq bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat yerləşdirilb.
Sənəddə bildirilir ki, alqı-satqı fevralın 7-də yekunlaşıb. H.İsmayılov 55 447 səhmi 70 milyon 140 min 455 manat ödəyib. Yəni bir səhmin qiyməti 1265 manata rəsmiləşdirilib.
Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).