Azərbaycanlı 42 yaşlı rus qadınla evləndi, prokurorluq “Ortada sevgi yoxdur” deyib, boşatdırdıbackend

Azərbaycanlı 42 yaşlı rus qadınla evləndi, prokurorluq “Ortada sevgi yoxdur” deyib, boşatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

37 yaşlı Azərbaycan vətəndaşının Rusiyanın Bryansk əyalətində 42 yaşlı qadınla ailə qurması rezonans doğurub.

azərbaycanlının məhz ailə xətrinə deyil, Bryanskda müvəqqəti məskunlaşmağa icazə ala bilmək üçün rus qadınla evləndiyi üzə çıxıb.

Prokurorluğun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.

Qurum ərlə-arvadın hər ikisinin, yaxud da onlardan birinin ailə qurmaq istəmədiyinə qərar verib. Bu isə Rusiya Ailə Kodeksinə ziddir. Prokurorluq araşdırmadan sonra ZAQS kağızının ləğvinə qərar verib və bununla bağlı məhkəməyə müraciət olunub.

Məhkəmə ZAQS idarəsinin tələbini yerinə yetirib və azərbaycanlı ilə rus qadının nikahı pozulub. Azərbaycanlının tezliklə vətəninə göndəriləcəyi deyilir.

//Qafqazinfo