Bir ailə yandı, 2 yaşlı körpə isə öldü – Bakıda evdə partlayışbackend

Bir ailə yandı, 2 yaşlı körpə isə öldü – Bakıda evdə partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastvoritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.