Bakıda 19 yaşlı narkoman xəstəxanada öldübackend

Bakıda 19 yaşlı narkoman xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda narkotik aludəçisi olan gənc qəfildən ölüb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Əkbər Əkbərov fevralın 20-də saat 23 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib.

Məhkəmə tibbi ekspertizası təyin olunub. İlkin araşdırma zamanı məlum olub ki, Ə.Əkbərov narkotik maddə istifadəçisidir və bununla bağlı 2019-cu ilin yanvar ayında Respublika Narkoloji Mərkəzində müalicə olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.