backend

Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ləğv edilən edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi keçirilən prosesdə DTX-ın əməkdaşı Elxan Mikayılov ifadə verib.  O  qeyd edib ki, Vidadi Əzizovun saxlanılması ilə bağlı əməliyyat tədbirlərində iştirak etməyib: “Həmin gün məndən çanta istədilər. Mən də maddi sübut üçün istintaqa içində sənəd göndərdiyimiz çantanı onlara verdim. 2012-ci ilin aprelində ümumu şöbənin rəisi Aydın Manafov çanta istədi, mən də həmin çantanı ona verdim. Sonradan həmin çantanı geri qaytarıblar”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olub. Buna görə, onun istintaqa verdiyi ifadə élan edilib.
İstintaqda Elxan İsmayılov bildirib ki, 2012-ci ilin aprelində Vidadi Əzizovun həbs edilməsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb: “Əməliyyatı 2-ci şöbənin rəisi Mirəziz Əsgərov və digərləri keçirib. Eldar Mahmudov işdən çıxanda dəhlizdə Mirəziz Əsgərovla rastlaşdıq. Bildirdi ki, inspeksiyadan gəlir, Vidadi Əzizovdan şikayət edir, şikayətdə onun adı hallanır. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu Mirəziz dedim”.
Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, həmin hadisələrdən 4 il keçib, hadisənin baş verdiyi günü dəqiq xatırlamır.
Vidadi Əzizovdan qeyd edib ki, ona verilən pul sellafon torbada olub: “Torbanı da özüm götürmədim.  MTN-də gətirib maşının baqajına qoydular”.
Təqsirləndirilən Mirəziz Əsgərov  isə çantanı Vidadi Əzizovun özünün götürdüyünü deyib: “”Elxan çox təcrübəli işçidir.  Onunla bir yerdə xidmət etmişik.  İstəməzdim ki, kiminsə haqqına girmiş olaq. Yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini dedim. Elxan müəllim soruşdu ki, o iş bitmədi? Bu zaman Elxan müəllim  çanta söhbətini yada saldı. Dedi ki, bilən bilir, bu nə məsələdir, daha səndən niyə şikayət edirlər?! Elxan müəllimə dedim ki, bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açsın”.
Mirəziz Əsgərov bildirib ki, hər şeyi deyəcək: “Bu söhbətlərdən sonra Aydın Manafovun otağında olduq. Bu məsələni orada da danışdıq. 20 aydır həbsdəyəm. Məndən məbləği tələb edirdilər. Dedim ki, 541 min manat olub. Nazirliyinin əsas məqsədi məbləği dəqiq öyrənmək olub. Bu söhbət Aydın Manafovun otağında olub. Bunu da ifadədə yazmışam. Burada heç kimi asmırlar. Sadəcə, həqiqətin üzə çıxmasını istəyirəm. Mənə ağır gələn həqiqətin üzə çıxmamasıdır. Hər birimizdə zabit şərəfi var. Bu dövlət dar gündə olanda öndə zabitlər gedəcək. Burada obyektivlikdən kənara çıxılmamalıdır. Ən ağır cəzanı verin, hər şeyə razıyam. Amma nahaqqı qəbul etməyə çətinlik çəkirəm. Elə şey var ki, burada demək olmur. Mən kimisə çətin vəziyyətdə  qoymaq istəmirəm”.
Vidadi Əzizov qeyd edib ki, burada insan taleyi həll olunur, heç kimin günahsız yerə həbs edilməsini istəmir.
Bu zaman Mirəziz Əsgərov zərərçəkmişin  ona yazdığı mesajı xatırladıb: “Zərərçəkmiş mənə “Mirəziz sənlik burda heç bir şey yoxdur, çox şeyi üzərinə götürmə” mesajı yazıb”.
Vidadi Əzizov həmin mesajı yazdığını təsdiqləyib.
Mirəziz Əsgərov həmçinin evinin sənədinin geri qaytırılması ilə bağlı vəsatət verib.
Hakim  qeyd edib ki, növbəti məhkəmə iclasına MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Ədalət Əsədullayev, idarə rəisi olmuş Aydın Manafov və Rəşad Əhmədov dəvət olunacaqlar.
İttiham  görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alınıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.