Bakı metrosunda zorla azyaşlı qızın telfonunu alan oğru tutuldubackend

Bakı metrosunda zorla azyaşlı qızın telfonunu alan oğru tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Editor.az-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxsin Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib.
“Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Metropolitenin Polis Şöbəsində araşdırma aparılır.