Moskvada Vladimir Putin və Benyamin Netanyahu arasında görüş keçiriləcək

03:34 | 9 Mart, 2017

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.
bu barədə Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, tərəflər terrorla mübarizə, Yaxın Şərqdəki vəziyyət, Fələstin – İsrail nizamlanmasını müzakirə edəcəklər.
“Söhbət zamanı ticarət- iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir. Qeyd edək ki, bundan əvvəl B. Netanyahu Putinlə görüşdə İranın Suriyada hərbi iştirakının qəbuledilməzliyinə dair məsələ qaldıracağını bildirib.
//APA