Ələt-Astara yolu nə zaman ödənişli olacaq? – Dəqiq tarixbackend

Ələt-Astara yolu nə zaman ödənişli olacaq? – Dəqiq tarix

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülüb: “Bu yolun əvvəlcə ödənişli olması müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni yola alternativ yol var və ona görə də həmin yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təklif vermişik. Təklif Prezident İlham Əliyev və Nazirlər Kabineti tərəfindən qəbul olunub”.
S.Məmmədov bu ilin sonuna qədər həmin yolun 172 kilometrlik hissəsinin ödənişli istifadəsinin nəzərdə tutulduğunu qeyd edib.