“Xəzər” Milli Mükafatının daha iki nominantı məlum oldu: Nigar Hüseynova və Şəfayət Avılbəylibackend

“Xəzər” Milli Mükafatının daha iki nominantı məlum oldu: Nigar Hüseynova və Şəfayət Avılbəyli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Avrasiya Universitetinin prorektoru Nigar Hüseynova və universitetin ictimaiyyətlə əlaqələr üzrə rektor müşaviri Şəfayət Avılbəyli “Xəzər” Milli Mükafatı ilə təltif olunublar. N.Hüseynova bu mükafata ölkə təhsilinin inkişafındakı, Ş.Avılbəyli isə ictimaiyyətlə uğurlu fəaliyyətinə görə layiq görülüblər.
Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev mükafatları N.Hüseynova və Ş.Avılbəyliyə təqdim edib və “Xəzər” Milli Mükafatı ilə bağlı ətraflı məlumat verib. SMM rəhbəri bildirib ki, rəhbəri olduğu qurum ictimaiyyət arasında vaxtaşırı sosioloji sorğular keçirir və cəmiyyətin inkişafına tövhələr verən şəxsləri mükafatlandırır: “Bu həm də onların daha uğurlu fəaliyyət göstərməsi üçün bir motivasiyadır”.
SMM rəhbəri əlavə edib ki, ictimaiyyət arasında bu mükafata xüsusi maraq var: “Ötən ilin sonunda keçirdiyimiz və ilin yekunları ilə bağlı təşkil olunan mərasimdə yüksək vəzifəli dövlət məmurları, deputatlar şəxsən iştirak etdi. Tədbir ölkə mediasında geniş işıqlandırıldı və ictimaiyyət arasında maraqla qarşılandı”
Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynova uzun müddətdir təhsil menecmenti sahəsində fəaliyyət göstərir və bu sahədə ölkəmizin ən məşhur mütəxəssislərindən sayılır. Şəfayət Avılbəyli isə Azərbaycanın ən peşəkar piar menecerlərdəndir. Bakı Avrasiya Universiteti ilə ictimaiyyət arasında faydalı və qarşılıqlı əlaqələrin qurulmasında Ş.Avılbəylinin xidmətləri danılmazdır.
Onların çalışdığı Bakı Avrasiya Universiteti 1992-ci ildən fəaliyyət göstərir. Cənubi Qafqazın nüfuzlu təhsil ocaqlarından olan universitetdə təhsil alanlar üçün bütün müasir imkanlar yaradılıb. Azərbaycanın sayılıb-seçilən pedaqoqları, akademiklər, professorlar, elmlər doktorları və fəlsəfə doktorları Bakı Avrasiya Universitetində çalışır və müxtəlif fənləri tədris edirlər. Universitet ən müasir avadanlıqlar və “Qızlar yataqxanası” ilə təhciz olunub.
// AZXEBER.COM