Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib: birinin qiyməti 15 min avrodurbackend

Azərbaycandan 12 ölkəyə axtarış itləri göndərilib: birinin qiyməti 15 min avrodur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi 12 ölkəyə xidməti axtarış itləri göndərib.
Editor.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib.
İ.Osmanov bildirib ki, Kinoloji Mərkəzdə hazırda 60 baş xidməti axtarış iti var:
“Bir xidməti itin, misal üçün, alman çoban itinin saxlanma xərci bir ilə 1000-2000 manat arasında dəyişir. Əlbəttə, bu, qida rasionundan asılıdır. Normalda bir xidməti itin Avropada satışı isə 10-15 min avro arasında dəyişir”.
O qeyd edib ki, indiyədək Kinoloji Mərkəz 12 ölkəyə, o cümlədən Makedoniya, Gürcüstan və Seneqala xidməti axtarış itləri göndərib.