Azərbaycanda icra başçısı qəfildən öldübackend

Azərbaycanda icra başçısı qəfildən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda icra başçısı qəfildən ölüb.
Editor.az report-a istinadən bildirir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib.
Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova “Report”a açıqlamasında faktı təsdiqləyib.
Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Allah rəhmət eləsin!