Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradıldıbackend

Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
Mərkəzdən EDİTOR.AZ-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Bakalavrlar Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.