“Gənc istedadların sosial şəbəkələrdə təbliği layihəsi” keçirilib – FOTO + VİDEObackend

“Gənc istedadların sosial şəbəkələrdə təbliği layihəsi” keçirilib – FOTO + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Gəncliyi kəşf et – Gənclərin sosial şəbəkələrdə təbliği” layihəsinin açılış mərasimi baş tutub.
Editor.az xəbər verir ki, Kooperasiya Universitetində baş tutan tədbirdə layihə rəhbəri Hacıbəy Heydərli çıxış edərək, layihənin əhəmiyyətindən danışıb.
O bildirib ki, layihənin əsas məqsədi istedadlı gəncləri cəmiyyətə tanıtmaqdır: “Biz bu layihəni keçirməklə həm də istedadlı gənclərə dəstək oluruq. Faktdır ki, ölkəmizdə minlərlə istedadlı gənc var. Ancaq bəzi hallarda onlar öz işlərini PR, reklam edə bilmirlər. Cəmiyyətimiz bu istedadlardan xəbərsiz olur. Gənclər Fonduna təşəkkür edirik ki, bizim bu layihəmizə dəstək olmaqla yaradıcı gənclərin tanınmısına da yardımçı olur. Layihə çərçivəsində istedadlı gənclərin tələbələrlə görüşü baş tutacaq, bundan əlavə video roliklər çəkilişi edəcəyik, həm videolar sosial şəbəkələrdə geniş işıqlandırılacaq”.
Layihənin ilk qonağı gənc yazıçı, istedadlı pianoçu Elman Süleymanov olub. O ilk kitabı olan “3-cü dünya müharibəsi” haqda tələbələrə geniş məlumat verib: “Bu mənim ilk kitabımdır, kitabda qadın – kişi savaşından söhbət açılır. Uzun illər sonra bu müharibə baş tutur və bəşəriyyət 2 yerə parçalanır. Kitabımı tələbələərə hədiyyə edəcəm, növbəti görüşlərdə bu haqda diskussiya edəcəyik”.
Elman Süleymanov gənc yaşda uğur qazanmağın sirrləri haqda da danışıb: “Gənc olmaq enerjili olmaq deməkdir, mən 10 ilə yaxın piano ilə məşğul olmuşam. Bir dəfə Frankfurt aeroportunda təsadüfən piano arxasına keçdim və “Sarı gəlin” mahınsını ifa etdim. Sonradan gördüm ki, bu ifanı dinləyən xaricilər çox kövrəlib. Video sosial şəbəkələrdə çox geniş rezonans doğurdu və bir anda fenomenə çevrildim. Siz də heç vaxt ruhdan düşməyin, əmin olun ki, gec-tez istedadınız parlayacaq və hər kəs sizdən danışacaq”.
Tədbirdə daha sonra yazıçının kitabları tələbələrə hədiyyə olunub.
Layihə çərçivəsində həmçinin gənc yazıçıdan video müsahibə də alınıb və müsahibə sosial şəbəkələrdə canlı yayımlanıb.
AZXEBER.COM informasiya portalının 582 minlik facebook səhifəsində yayımlanan müsahibəni 20 minə yaxın insan izləyib.
Tədbirdən fotoları və gənc yazıçı ilə video müsahibəni təqdim edirik: