backend

Bakıda gənc oğlan ikinci mərtəbədən yıxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsi, Zeytun sovxozu kimi tanınan ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayan 23 yaşlı Həsənov Babək Səxavət oğlu ehtiyatsızlıqdan 2-ci mərtəbənin pəncərəsindən yerə yıxılıb.
Nəticədə onun qabırğa sümükləri sınıb. Ağır xəsarətlər alan B.Həsənov xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
///Report