Türkiyədə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib – FOTObackend

Türkiyədə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Azərbaycan Gənçlərinin İstanbul Hərəkatının” (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Stratejik Araştırmalar Mərkəzində (ASAM) Xocalı Soyqırımını anma, Xocalı həqiqtlərini təbliğ etmə xarakterli tədbir təşkil olunub. Tədbirdə Xocalı Soyqırımını, orda baş verən qətliamı əks etdirən görüntülər təqdim olunub, daha sonra Xocalı həqiqətləri erməni terrorizmi haqqında çıxışlar olub.

Çıxış edənlər arasında Azərbaycan Gənclərinin İstanbul Hərəkatının rəhbəri Rəşad Rza, rəhbərin müavini, araşdırmaçı-yazıçılar Sadiq İbrahimli, Dr. Aygün Həsənoğlu, araşdırmaçı-jurnalist Dr. Mayis Əlizadə çıxış ediblər. Tədbirdə Azərbaycan Respublikasının İstanbuldakı Konsulu, Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar, İstanbuldakı Azərbaycan Dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr istirak ediblər.

Hərəkatının rəhbəri Rəşad Rza öz çıxışında erməni terrorizminin kökü və yaranma səbəbləri haqqında məlumat verib. Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cümhuriyyətinin bu istiqamətdə birlikdə fəaliyyət göstərməyinin əhəmiyətini vurğulayıb. Hər iki ölkə gənclərini, Xocalı soyqrımını və ermənlərin etdikləri vəhşilikləri planlı şəkildə yaymasına və dünya ictimayətinə çatdırılmasına çağırıb.

Hərəkatın rəhbər müavini araşdırmaçı-yazıçı Sadiq İbrahimli isə öz çıxışında tarix boyu ermənilərə güzəştə gedildiyini, onlara qarşı heç bir ayrı seçkiliyin edilmədiyini, bunun nəticəsində fürsət əldə etdikləri zaman öz havadarlarının planlarına uyğun olaraq, onların dəstəyi ilə xaincəsinə həm Azərbaycana, həm də Türkiyəyə qarşı zaman- zaman böyük torpaq iddiaları qaldırdıqlarını və bunu həyata keçirtmək üçün soyqırımlar, qətliamlar törətdiklərini qeyd edib.

Araşdırmaçı-jurnalist Dr. Mayis Əlizadə çıxışında ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş bir çox soyqırım faktlarına, cinayətlərə toxunub. Bu faktların dünya miqyasında tanıdılması təbliğ olunması üçün Azərbaycan rəhbərliyinin, dövlət qurumlarının, təşkilatların göstərdikləri fəaliyyətləri, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin, Türkiyədə fəaliyyət göstərən sivil toplum quruluşlarının, təşkilatlarının, dərnəklərinin bu və digər soyqırım fakları ilə bağlı göstərdikləri fəaliyyətləri, verdikləri dəstəkləri barədə məlumat verib.