Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarıldıbackend

Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Azərbaycan XİN Mətbuat xidmətindən verilən məlumata görə, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən K.Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

//Milli.Az