Bakı aeroportuna ancaq bu taksilər buraxılacaqbackend

Bakı aeroportuna ancaq bu taksilər buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısında yalnız Bakı Taksi Xidməti MMC-nin taksiləri xidmət göstərəcək.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova verib.

O bildirib ki, bu gündən etibarən hava limanının qarşısında başqa taksilərin fəaliyyətinə tam qadağa qoyulub:

“Sərnişinləri taksi xidmətinin əməkdaşları Hava Limanının qarşısında uniformada gözləyəcək. Ödənişlər onlayn və ya nəğd şəklində gerçəkləşdirilir. 1848 çağrı mərkəzi isə bu gündən fəaliyyətə başlayıb”.

//qafqazinfo