Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandıbackend

Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.

O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.

//AZXEBER.COM