Sammitdə uğursuzluq – Donald Tramp və Kim Çen In razılığa gələ bilmədi – TƏFƏRRÜATbackend

Sammitdə uğursuzluq – Donald Tramp və Kim Çen In razılığa gələ bilmədi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın Hanoy şəhərində keçirilən sammitdə orta məxrəcə gələ bilməyib.

Bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

“Hər hansı razılaşma əldə olunmayıb, bununla belə, tərəflər gələcəkdə bir daha görüşmək niyyətindədirlər”, – deyə ABŞ administrasiyasının mətbuat katibi Sara Sanders bildirib.

Məlumata görə, liderlər artıq danışıqların keçirildiyi “Metropol” hotelini tərk edib, Trampın yekun mətbuat konfransının isə vaxtı dəyişdirilib. Halbuki görüşün son saatlarında müqavilənin imzalanma mərasiminin və birgə naharın keçirilməsi planlaşdırılırdı.

“Görüşdə Kim Çen In nüvə və raket sınağı keçirməyəcəklərinə vəd verdi”.

Bunu ABŞ Prezidenti Donald Tramp Vyetnamın paytaxtı Hanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra keçirdiyi mətbuat konfransında bidlirib.

“Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşəməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Bununla belə görüş məhsuldar oldu. İkitərəfli əməkdaşlıq üçün çox böyük potensial var”, -deyə Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, Şimali Koreya problemi üzrə Rusiya, Çin, Cənubi Koreya və Yaponiyanın əməkdaşlıq etməsi vacibdir.

ABŞ lideri əminlikə bildirib ki, Kim Çen Inla dost olaraq qalır.

//Report