Ekspert: “Prezident İlham Əliyev problemli kreditləri həll etməklə dövlətin xalqın istəklərinə həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi”backend

Ekspert: “Prezident İlham Əliyev problemli kreditləri həll etməklə dövlətin xalqın istəklərinə həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev problemli kreditlər məsələsinin elə optimal həll yolunu tətbiq etdi ki, bu, problemə birbaşa aidiyyəti olan minlərlə insanın maraqlarına, maliyyə sabitliyi prinsipinin tələblərinə tam cavab verir.

Bunu açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, dünyada neftin qiymətinin əsasən siyasi amillər səbəbindən azalmasından sonrakı iflas proseslərinin bütün ölkələrə, o cümlədən Azərbaycana da təsiri nəticəsində minlərlə insanın daha da ağırlaşmış məzənnə şərtləri altında banklara böyük borc öhdəlikləri yarandı:

“Bu məsələ ilə bağlı ictimaiyyət arasında bir neçə il getmiş müzakirələrin hətta bəzi ambisiyalı siyasi dairələr tərəfindən hakimiyyətə qarşı kütləvi narazılıq motivinə çevrilməsi cəhdləri də oldu. Həmin siyasi dairələr əhali arasında guya hakimiyyətin problemlə məşğul olmaq istəmədiyi barədə rəy yaratmağa çalışırdılar. Lakin Prezidentin məlum fərmanı dövlət başçısının müvafiq orqanlarla birgə problemin həlli ilə intensiv məşğul olduğunu və ən optimal həll yolunun tapılması üzərində işlədiyini sübut etdi. Tətbiq edilmiş mexanizmin təhlili göstərir ki, bu mexanizm bir neçə ayın yox, illərlə aparılmış müzakirə və təhlillərin nəticəsi olaraq ortaya çıxıb. Problemli kreditlərin həlli mexanizminin bəzi başqa ölkələrdəki analoji proseslərdən fərqlənməsi bunu deməyə əsas verir. Prezident problemli kreditlərin taleyinə aydınlıq gətirməklə dövlətin bütün ictimai müzakirələrə, xalqın istəklərinə və rifahının yaxşılaşdırılması çağırışlarına həmişə həssas yanaşdığını növbəti dəfə sübut etdi. Problemli kreditlər məsələsi Azərbaycanda ardıcıl və fasiləsiz həyata keçirilən sosial himayə paketinin tərkib hissəsi kimi özünü göstərir”.

Ekspert bildirib ki, əslində problemli kreditlər Azərbaycanın özünün apardığı siyasətin yox, dünyada bizdən asılı olmayan tam fərqli səbəblərdən yaranmışdı. Lakin Azərbaycan Prezidenti bütün cəmiyyətin bu probleminin həllinin dövlətin üzərinə qoymaqla xalqa xidmətin yüksək nümunəsini göstərdi və ən çətin anlarda xalqı maliyyə çətinlikləri ilə təklikdə qoymayacağını nümayiş etdirdi:

“Xalqın böyük bir maliyyə yükünü aradan qaldırmaq yalnız sosial dövlətçilik və ümumi rifah prinsipinə üstünlük verən dövlət başçısının işi ola bilərdi. Prezident İlham Əliyev dövlətin iqtisadi gücünü xalqın mənafeyi üçün daim artırmaq və artan iqtisadi imkanları yenidən ən müxtəlif layihələrlə xalqın özünə maddi fayda kimi qaytarmaq strategiyasına tam sadiq qaldığını göstərdi. Dövlət başçısı hətta ən çətin anlarda xalqın rifahı ilə bağlı heç bir sosial layihə və proqramın təxirə salınmayacağı barədə elan etdiyi kursa sadiqliyini davam etdirdi. Əvvəlki böyük sosial layihələrin uğurla həlli təcrübəsi qəti şəkildə deməyə əsas verir ki, Prezident bu məsələni də sonadək tam və uğurla icra edəcək, Azərbaycanda vətəndaş məmnunluğunun səviyyəsinə görə ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək”.

//Trend