Netanyahu korrupsiyada ittiham olunacaq

03:33 | 1 Mart, 2019

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahunu rüşvətxorluqda və dələduzluqda ittiham etmək niyyətində olduğunu bildirib.

bu barədə İsrail televiziyasına istinadən “Bloomberg” bildirib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.

Daha əvvəl İsrailin bir neçə səfiri baş nazir Binyamin Netanyahu ilə görüşdə ona Xarici İşlər Nazirliyinin və xarici diplomatik nümayəndəliklərin maliyyələşməsi ilə bağlı şikayət ediblər.

//Report