Bu il Nəsimi rayonunda 8 səyyar qəbul keçirilib – Fotobackend

Bu il Nəsimi rayonunda 8 səyyar qəbul keçirilib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəsimi rayon İcra Hakimiyyətində 2019-cu ilin yanvar-fevral aylarında 8 səyyar qəbul keçirilib, 1100-dən artıq sakinin iştirak etdiyi qəbullarda 46 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. 
Editor.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.
Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, respublikamızda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən işlər barədə sakinlərə geniş məlumat verib.
Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.