Separatçı Fəxrəddin Abbasov saxlanıldığı təcridxanadan “yoxa çıxdı”backend

Separatçı Fəxrəddin Abbasov saxlanıldığı təcridxanadan “yoxa çıxdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada həbsdə olan separatçı Fəxrəddin Abbasov (Aboszadə) Lyubertsı şəhərində istintaq təcridxanasından yoxa çıxıb.
Editor.az Report-a istinadən bildirir ki, bu barədə “Amnesty International”dan bildiriblər.
F.Abbasov ötən ilin sentyabr ayında Moskva vilayətində Azərbaycanın hüquq-mühafizə orqanlarının tələbi əsasında həbs edilib.
Qeyd olunur ki, fevralın 27-də səhər saatlarında bir neçə nəfər Abbasovun olduğu istintaq təcridxanasına gələrək onun Baş Prokurorluğun onun azadlığa buraxılması barədə məktubunu təqdim ediblər. Onlar Abbasovu özləri ilə aparsalar da, onun şəxsi əşyaları təcridxanada qalıb. “Amnesty International”ın mənbəsinin bu məlumatını daha sonra F.Abbasovun vəkili də təsdiqləyib.
F.Abbasovun fevralın 28-də keçirilməli olan məhkəmə prosesi ərizəçinin yerinin müəyyən edilə bilməməsi səbəbilə martın 18-nə təxirə salınıb.
Onun yeri haqqında məlumat yoxdur.