ABŞ eksperti Gənclər təşkilatını monitorinq etdibackend

ABŞ eksperti Gənclər təşkilatını monitorinq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UNİCEF tərəfindən ölkəmizə ABŞ-dan dəvətli olan kommunikasiya üzrə müstəqil ekspert Barbara Franklin Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinə səfər edib.
Editor.az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov qonağa Şirvan Gənclər Evində Mərkəz tərəfindən həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində psixoloji ,hüquqi ,pedaqoji ,sosial xidmət fəaliyyətləri ilə tanış edib.
Daha sonra Mərkəzin regionda həyata keçirtdiyi layihələr və 2019-cu il üçün nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verildi. Sonda sosial işçilər Asif Hacıyev, Turan Sadıqov, Ülviyyə Şahbazova və Mərkəzin psixoloqu Səidə Ağayeva  tərəfindən qonağa Mərkəzə daxil olan müraciətlər və keyslər barədə geniş məlumat verilib.
Qeyd edək ki , qonaq ölkəmizə “Azərbaycanda əlilliyi olan uşaqlar üçün  keyfiyyətli inkluziv təhsilin genişləndirilməsi “ layihəsi çərçivəsində kommunikasiya strategiyası və fəaliyyət planını hazırlamaq məqsədi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən dəvət olunub.