backend

Sabiq icra başçısından sensasion məktub: Əmisi Əli Kərimlinin, özü Çovdarovun yanında… – Ağdam şefinin kürəkəni haqda şok məktub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayon sabiq icra başçısı Sarıyev Həsən Qaçay oğlu tərəfindən mətbuatda şikayət məktubu tirajlanıb. Şikayətçi məmurlardan narazılıq edib.
Yazıb ki, dövlətimizin əsas qollarında müxtəlif yollarla işə düzələn və AXCP-Müsavat cütlüyünə xidmət edən ünsürlər var: “Belə şəxslərin Dövlətin güc orqanlarında çalışması bəzi hallarda Əli Kərimlilərin işinə yarayır.
Belə şəxslərdən biri hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışan Bayramov Pərviz Hüseyn oğludur.
Məlumat üçün bildirirəm ki, 01.12.1978-ci il təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu AXCP Ali Məclisi Rəyasət heyətinin üzvü, hazırda həbsdə olan Mənsum Bayramovun qardaşı oğludur.
Bildiririk ki, Bayramovlar ailəsi 1990-cı ildən hazırki tarixə qədər Əli Kərimliyə xidmət etmişlər. Əli Kərimli dəfələrlə Ağdamın İmamqulubəyli kəndində Hüseyn Bayramovun evində qonaq olub.
Pərviz Bayramovun atası Hüseyn Bayramov hələ 90-cı illərdə Ağdamda kriminal qruplaşmanın rəhbəri “ağdamlı Cəfər”, Cəfər İmaməliyev tərəfindən Ağdam Maarif şöbəsinin müdiri təyin olunub.
Cəfər İmaməliyev isə 1992-1995-ci illərdə Ağdamda silahlı dəstəsi ilə hakimiyyətə tabe olmamış, Ulu Öndərə qarşı savaşmışdı. Hüseyn Bayramov isə Cəfərin silahlı bandasını maliyyələşdirirdi.
1996-cı ildə xüsusi əməliyyat nəticəsində general Mədət Quliyev Cəfəri zərərsizləşdirmişdi. Dövlətə, vətənə xəyanəti ilə tanınan Bayramovların nümayəndəsi Pərviz Bayramov isə kimlərinsə himayəsi ilə DTX-də vəzifəyə təyin olunmuşdu.
Xahiş edirik göstərilən faktları araşdırıb Bayramov Pərviz Hüseyn oğlu barəsində tədbir görəsiniz”.
H.Sarıyev əlavə məlumat üçün bildirib ki, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına ünvanladığı sorğuya aldığı cavab onu şoka salıb:
“Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığımız 16.11.15 tarixli 04/1519 saylı rəsmi cavabda qeyd edilir ki, “01.12.1978 təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu 1995/1996-cı tədris ilində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında daha sonra o da vurğulanır ki, Pərviz Hüseyn oğlu Bayramovun ali və ya orta ixtisas müəssəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil.
Ulus.Az xəbər verir ki, onun şikayət etdiyi P.Bayramov Ağdamın icra başçısı Raqub Məmmədovun kürəkənidir.
Gələn bilgilərə görə, icra başçısının qızı ilə evli olan P.Bayramovun ali təhsili olmadığı üzə çıxıb. MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi olmuş Raqub Məmmədovun kürəkəni də yeni sistemdə çalışır.
Mediada yayılmış xəbərlərə görə, MTN generalı Akif Çovdarov, Tehran Babatov və digərlərinin küllü miqdarda rüşvət hesabına MTN-nə qəbul etdikləri şəxslərdən bəziləri işdən qovulan zaman Pərviz Bayramovun da karyerasına təhlükə yaranıb.
Yenə də bu dəfə məsələyə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov müdaxilə edib və kürəkənini işdə saxlada bilib.
Mənbə: regionxeberleri.com