Bakıda qısqanc kişi qardaşı arvadını öldürdü – Namus cinayətibackend

Bakıda qısqanc kişi qardaşı arvadını öldürdü – Namus cinayəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, ötən il avqustun 8-də paytaxtın Xəzər rayonunda Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rübabə Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Əliəkbər Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.