Azərbaycanda dəhşətli yanğın – 43 yaşlı kişi diri-diri yandı

10:24 | 4 Mart, 2019
Göyçay rayonunda dəhşətli yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Editor.az-a verilən məlumata görə, hadisə birmərtəbəli üçotaqlı evdə qeyd alınıb.
Belə ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.