Rövnəq Abdullayev: “Millimiz Millətlər Liqasında uğursuz çıxış etdi”backend

Rövnəq Abdullayev: “Millimiz Millətlər Liqasında uğursuz çıxış etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram”.
Editor.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.
AFFA rəhbəri bu il və gələn illə bağlı arzularını bildirib: “”Qarabağ” bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. İnanıram ki, klublarımız növbəti mövsüm avrokuboklarda öz sözünü deyəcək, yaxşı çıxış edəcək. Millimizi də çətin sınaq gözləyir. Novruz bayramında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Komandamıza uğurlar arzulayıram. İnanıram ki, ötənilki uğursuzluğu bizə unutduracaqlar. “AVRO-2020″dəki seçmə mərhələdə uğurlu çıxış etməyə çalışmalıyıq. Düşünürəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq bə “Birlikdə güclüyük” devizimiz həyata keçəcək”.
Abdullayev UEFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək səviyyədə doğruldacaqlarını bildirib: “UEFA Avropa Liqasının finalını Azərbaycana həvalə etməklə böyük etimad göstərdi. Azərbaycan prezidenti İlham Əliyevin Avropa Liqasının finalının keçirilməsi barədə imzaladığı sərəncam oyunun yüksək səviyyədə təşkilinə zəmin yaradır. Futbol ictimaiyyəti adından cənab İlham Əliyevə təşəkkür edirəm”.